Dünya futbolu
Premyer Liqanın ən yaxşısı: 105 dəqiqəyə 1 qol
İngiltərə Premyer Liqasında cari mövsümün ilk yarı…
İngiltərə Premyer Liqasında cari mövsümün ilk yarısında futbolçuların statistik göstəriciləri açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, “Mançester Yunayted”in futbolçusu Antoni Marsial mövsümün ilk yarısında orta hesabla 105 dəqiqədən bir qol vurub. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Bu, cari mövsümün 18 turundan sonra ən yaxşı göstəricisi hesab olunur.
“Arsenal”ın forvardı Pyer-Emerik Obameyanq 116 dəqiqəyə 1 qol, “Mançester Siti”nin futbolçusu Rahim Sterlinq isə 134 dəqiqəyə 1 qolla, Marsialdan sonra ikinci və üçüncü yerləri bölüşür.