Ölkə futbolu
“Keşlə” daha bir futbolçu ilə yollarını ayırdı
“Keşlə” klubu qış fasiləsində daha bir futbolç…
“Keşlə” klubu qış fasiləsində daha bir futbolçu ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə "Report”a klubdan məlumat verilib. Yarımmüdafiəçi Məmməd Quliyevlə 2019-cu ilin iyununa qədər nəzərdə tutulan müqavilənin ləğv edilməsinə dair qarşılıqlı razılıq əldə olunub.
Baş məşqçi Tərlan Əhmədov Vaqif Cavadovun da xidmətində maraqlı deyil. Lakin 29 yaşlı hücumçu ilə klub hələlik, sözləşmənin pozulması ilə bağlı ortaq məxrəcə gələ bilmir.
Qeyd edək ki, "Keşlə” bunadək qış fasiləsində 4 futbolçusunu yola salıb. M.Quliyev 2016-cı ilin yayından "Keşlə”nin formasını geyinirdi.