Dünya futbolu
Sabiq “Qarabağ”lı ən yaxşı transfer seçildi
"Qarabağ"ın keçmiş futbolçusu Pedro Enrike …
"Qarabağ"ın keçmiş futbolçusu Pedro Enrike Qazaxıstanın “Astana” klubunun ən yaxşı transferi sayılıb.
Futbolinfo.az xəbər verir ki, bu, paytaxt təmsilçisinin rəsmi saytı vasitəsilə azarkeşlər arasında keçirilən sorğu nəticəsində müəyyənləşib.
Sorğuda iştirak edən 4641 nəfərin yarıdan çoxu (53,72 faizi) braziliyalı yarımmüdafiəçinin lehinə səs verib.
Enrike Qazaxıstan çempionatında 19 oyunda 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Serbiyalı müdafiəçi Antonio Rukavina (29,71 faiz) ikinci, konqolu hücumçu Junior Kabananqa (10,67 faiz) üçüncü yeri tutub.
Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeyda da “Astana”da forma geyinir.