Dünya futbolu
Xorvatlar Azərbaycanla matç öncəsi onu da itirdi
Futbol üzrə Xorvatiya yığması növbəti ciddi itki ilə &…
Futbol üzrə Xorvatiya yığması növbəti ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan bu komandanın aparıcı oyunçusu Şime Vrsalko sıradan çıxıb.
İtaliyanın “Corriere dello Sport” nəşrinin yaydığı xəbərə görə, Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç mart ayında baş tutacaq Azərbaycan və Slovakiya ilə matçlarda sözügedən futbolçunun xidmətindən yararlana bilməyəcək.
Dizindəki zədəyə görə əməliyyat olunacaq 27 yaşlı futbolçunun təxminən 6-8 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bu isə o deməkdi ki, müdafiəçi üçün mövsüm artıq başa çatıb. Hətta zədə probleminə görə “İnter” bu ilin yayına qədər icarəyə götürdüyü Vrsalkonu vaxtından əvvəl müqavilə ilə məxsus olduğu “Atletiko”ya qaytarmağa qərar verib.
Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu martın 21-də keçiriləcək. Xorvatların digər aparıcı müdafiəçisi Deyan Lovren də cəza səbəbindən yığmamıza qarşı oynamayacaq.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası