Ölkə futbolu
“Zirə”də paraqvaylı hücumçu – RƏSMİ
“Zirə” heyətinə yeni futbolçu əlavə edib. …
“Zirə” heyətinə yeni futbolçu əlavə edib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu paraqvaylı Xulio Sezar Rodriqes Ximeneslə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumçu ilə 6 ay + 1 illik müqavilə bağlanılıb.
29 yaşlı hücumçunun son klubu Paraqvayın "Deportivo Kapiata" klubu olub.
Qeyd edək ki, Xulio Sezar peşəkar karyerasına 2010-cu ildə Argentinanın “Defensa Xustisiya” klubunda başlayıb. Sonralar o, “Berasateqi”, “Dorados de Sinaloa”, “Tixuana”, “Qodoy Krus”, “Yunion Santafe”, “Arsenal de Sarandi”, “Almaqro” kimi komandalarda da forma geyinib. Rodriqes 2018-ci ildən bəri Paraqvayın “Deportivo Kapiata” klubunun uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 11 oyuna çıxıb, 3 qola imza atıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…