Dünya futbolu
“Beşiktaş”ın futbolçusu rəsmən “Fənərbaxça”da
Türkiyənin “Fənərbaxça” klubu heyətini yen…
Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, İstanbul klubu Super Liqanın digər təmsilçisi “Beşiktaş”ın yarımmüdafiəçisi Tolqay Arslanı transfer edib. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
28 yaşlı oyunçu yeni klubu ilə 4,5 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Tolqay Arslan "Beşiktaş"a 2015-ci ildə "Hamburq"dan keçmişdi.