Dünya futbolu
“Mançester Yunayted”də yeni müqavilə
İngiltərənin “Mançester Yunayted” klubu futbol&c…
İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Antoni Marsyalla yeni müqavilə imzalayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
23 yaşlı hücumçu ilə müqavilənin müddəti 2024-cü ilin iyununa kimi uzadılıb.
Qeyd edək ki, Marsyal 2015-ci ildə "Monako"dan İngiltərə klubuna transfer olunub. O, indiyə kimi bu komandada 162 matça çıxıb, 46 qola imza atıb.