Ölkə futbolu
Azərbaycanlı qapıçı rəsmən Malta klubunda
Azərbaycanlı futbolçu Elməddin Məmmədov özünə y…
Azərbaycanlı futbolçu Elməddin Məmmədov özünə yeni klub tapıb.
Futbolinfo.az xəbər verir ki, 23 yaşlı qapıçı Maltanın “Sent-Endryus” klubuna transfer olunub. Bu barədə həm Malta mətbuatı, həm də Məmmədov özü sosial şəbəkə hesabında məlumat yayıb.
Artıq tərəflər rəsmi müqaviləyə imza atıblar.
Son olaraq Gürcüstanın "Sxinvali" klubunda çıxış edən Məmmədov daha əvvəl Qırğızıstanda – Bişkek "Alqa"sında legioner həyatı yaşayıb. Elməddin Azərbaycanda "Bakı", "Zirə" və "Sabah"da forma geyinib.