Dünya futbolu
“Milan”ın futbolçusu Belçika klubunda
“Milan”ın yarımmüdafiəçisi Alen Halilovi&cc…
“Milan”ın yarımmüdafiəçisi Alen Haliloviç karyerasını Belçikada davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, 22 yaşlı futbolçu “Standard” (Lyej) klubuna transfer olunub. Bu barədə Belçika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Haliloviç mövsümün sonuna qədər icarə əsasında “Standard”da çıxış edəcək. Lyej təmsilçisi yayda futbolçunun transfer hüquqlarına sahib ola bilər.
Karyerası ərzində “Barselona”, “Hamburq”, “Las Palmas” kimi klublarda forma geyinən Haliloviç, 2018-ci ilin iyulunda “Milan”a keçmişdi.