Ölkə futbolu
Paytaxt derbisinə 2 ciddi itki ilə
Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunda &ldquo…
Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunda “Səbail”i qəbul edəcək “Keşlə”nin heyətində iki ciddi itki var.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun aparıcı oyunçuları Nikola Mitroviç və Slavik Alxasov cəza səbəbindən oyunu buraxacaqlar.
“Səbail”in heyətində də iki cəzalı oyunçu var. Bunlar Tome Kitanovski və Eltun Yaqubludu.
Qeyd edək ki, komandalar arasında oyun fevral 2-də “ASK Arena”da keçiriləcək və saat 19:00-da başlanacaq.