Dünya futbolu
“Çelsi” braziliyalı futbolçusunu icarəyə verdi
“Çelsi”nin yarımmüdafiəçisi Lukas Pia…
“Çelsi”nin yarımmüdafiəçisi Lukas Piazon karyerasını İtaliyada davam etdirəcək.
Futbolinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A Seriyasında mübarizə aparan “Kyevo” braziliyalı futbolçunu icarə əsasında heyətinə qatıb. Piazon mövsümün sonuna qədər “Kyevo”da çıxış edəcək.
2012-ci ildən “zadəganlar”da çıxış edən 25 yaşlı futbolçu, daha əvvəl “Malaqa”, “Ayntraxt”, “Fulhem” kimi klublarda icarə əsasında forma geyinib.
Piazon bu mövsüm “Çelsi”nin heyətində cəmi bir oyunda iştirak edib.