Dünya futbolu
“Coca-Cola” Ardanın adına xüsusi içki buraxacaq
İspaniyanın “Atletiko” (Madrid) klubu məşhur iç…
İspaniyanın “Atletiko” (Madrid) klubu məşhur içki firması “Coca-Cola” ilə müqavilə imzalayıb. Futbolinfo.az xəbər verir ki, anlaşmaya əsasən sözügedən firma “Atletiko”lu futbolçuların adına xüsusi içkilər hazırlayacaq.
Həmin içkilər isə “Atletiko”nun ev oyunlarında azarkeşlərə satılacaq. Bu “Coca-Cola”ların qiyməti 2 avroya olacaq. “Atletiko”nun oyunçuları üçün hazırlanan bu kampaniyada əsas məqsəd hansı futbolçunun “cola”sının daha çox satıldığını öyrənməkdi.
Qeyd edək ki, “Atletiko”da Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Turan da çıxış edir. Ardanın və komanda yoldaşlarının adını daşıyan “cola”lar həm də Madriddəki super marketlərin rəflərini bəzəyəcək. Ardanın adını daşıyan “cola”ya indidən daha çox müştərinin sahib çıxdığı söylənilir.