Dünya futbolu
“Qalatasaray” evdə, “Arsenal” səfərdə uduzdu
Futbol üzrə Avropa Liqasında 1/16 mərhələsinin oyunları ke&…
Futbol üzrə Avropa Liqasında 1/16 mərhələsinin oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Türkiyənin turnirdəki iki təmsilçisindən biri olan “Fənərbaxça” “Zenit”i (Rusiya) qəbul edib. İstanbulda baş tutan qarşılaşmada meydan sahibləri minimal hesabla qalib gəliblər.
1/16 final mərhələsinin digər oyunları son oyun gününə təsadüf edib. Türkiyənin turnirdəki digər təmsilçisi “Qalatasaray” öz meydanında “Benfika”yla qarşılaşıb. İstanbul klubu bu oyundan məğlub ayrılıb.
İngiltərənin “Arsenal”ı BATE-ni, İtaliyanın “İnter”i isə “Rapid”i sınağa çəkib. “Topçular” Borisov səfərində minimal hesabla uduzublar. Milanlılar isə səfərdən minimal hesabla qalib ayrılıblar. İtaliyanın digər təmsilçisi “Latsio” da “Sevilya” ilə ev oyununda minimal hesabla məğlub olub.
“Çelsi” səfərdə “Malmö” ilə üz-üzə gəlib. Londonlular bu qarşılaşmada çətin qələbəyə seviniblər.
Avropa Liqası
1/16 finalın ilk oyunları
12 fevral
Fənərbaxça (Türkiyə) – Zenit (Rusiya) 1:0
Qol: Slimani, 21.
14 fevral
Krasnodar (Rusiya) – Bayer (Almaniya) 0:0
Qalatasaray (Türkiyə) – Benfika (Portuqaliya) 1:2
Qol: Diane, 54 – Salvio, 27-pen. Seferoviç, 64.
Latsio (İtaliya) – Sevilya (İspaniya) 0:1
Qol: Ben Yedder, 22.
Rapid (Avstriya) – İnter (İtaliya) 0:1
Qol: L.Martines, 39-pen.
Renn (Fransa) – Betis (İspaniya) 3:3
Qol: Hunou, 2. X.Qarsiya, 10-öz qapısına. Ben Arfa, 45-pen – Lo Selso, 32. Sidney, 62. D.Laynes, 90.
Slaviya (Çexiya) – Genk (Belçika) 0:0
BATE (Belarus) – Arsenal (İngiltərə) 1:0
Qol: Draqun, 45.
Olimpiakos (Yunanıstan) – Dinamo (Ukrayna) 2:2
Qol: Koka, 9. J.Dias, 40 – Buyalski, 28. Verbiç, 89.
Brügge (Belçika) – Zalsburq (Avstriya) 2:1
Qol: Densvil, 64. Uesli, 81 – Yunuzoviç, 17.
Malmö (İsveç) – Çelsi (İngiltərə) 1:2
Qol: Kristiansen, 80 – Barkli, 30. Jiru, 58.
Seltik (Şotlandiya) – Valensiya (İspaniya) 0:2
Qol: Çerışev, 42. Sobrino, 49.
Sportinq (Portuqaliya) – Vilyarreal (İspaniya) 0:1
Qol: Pedraza, 3.
Sürix (İsveçrə) – Napoli (İtaliya) 1:3
Qol: Kololli, 83-pen – İnsinye, 11. Kallexon, 21. Zelinski, 77.
Şaktyor (Ukrayna) – Ayntraxt (Almaniya) 2:2
Qol: Marlos, 10-pen. Tayson, 67 – Hinteregger, 7. Kostiç, 50.
Viktoriya (Çexiya) – Dinamo (Xorvatiya) 2:1
Qol: Perniça, 54; 83 – Olmo, 41.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı