Ölkə futbolu
“Cinayətdən uzaq idman”
Fevralın 14-də və bu gün GUAM Katibliyində GUAM-a üzv d&…
Fevralın 14-də və bu gün GUAM Katibliyində GUAM-a üzv dövlətlər üçün “İdman yarışlarının manipulyasiyasına qarşı birlikdə” regional seminar təşkil olunub.
Futbolinfo.az xəbər verir ki, tədbir Avropa Şurasının “Cinayətdən uzaq idman+” (KeepCrimeOutofSport +) layihəsi çərçivəsində Ukrayna Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq və Katibliyin texniki dəstəyi ilə keçirilir.
Seminara nazirlik və idarələrin, idman federasiyalarının, Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanın Milli Olimpiya komitələrinin nümayəndələrindən ibarət 40 iştirakçı qatılıb.
Regional sammitin məqsədi Avropa Şurasının idman yarışlarının manipulyasına qarşı Konvensiyasının, həmçinin həmin Konvensiyanın ratifikiasiyası və implementasiyası üzrə digər müvafiq üsulların tətbiqi ilə ölkələrə yarışların nəticələrinin manipulyasına qarşı mübarizə məqsədi daşıyan milli platformaların yaradılması üçün praktiki və texniki yardımın göstərilməsidir.
UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli seminarda iştirak edib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub