Dünya futbolu
“Qalatasaray”la “Fənərbaxça”nı 1/8 finala buraxmadılar
Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinə yekun v…
Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, bu mərhələsinin qalan bütün cavab görüşləri son oyun gününə təsadüf edib.
Türkiyə təmsilçisi “Fənərbaxça” səfərdə “Zenit”lə qarşılaşıb. Komandalar arasındakı ilk görüşdə “Fənər” rəqibi üzərində minimal hesablı qələbə qazanmışdı. Amma səfərdə məğlubiyyətlə üzləşən İstanbul klubu mübarizəni dayandırmalı olub. Türkiyənin digər təmsilçisi “Qalatasaray” Portuqaliya səfərinə yollanıb. “Sarı-qırmızılar” “Benfika” ilə üz-üzə gəlib. Komandalar arasındakı ilk görüşdə Portuqaliya təmsilçisi 2:1 hesabıyla qələbə qazanmışdı. Cavab görüşündə qapılara qol vurulmayıb. Nəticədə, Türkiyə Avroliqada təmsilçisiz qalıb.
İngiltərənin “Arsenal” klubu Belarus BATE-sini qəbul edib. Səfərdə rəqibinə 0:1 hesabıyla məğlub olan “topçular”, növbəti mərhələyə yüksəlmək üçün ən azı iki top fərqiylə qələbə qazanmalıydı. London klubu bu vəzifənin öhdəsindən artıqlamasıyla gəlib və 1/8 finala çıxıb.
İtaliyanın “Napoli” və “İnter” klubları da növbəti mərhələyə yüksəliblər.
Avropa Liqası
1/16 finalın cavab oyunları
20 fevral
Sevilya (İspaniya) – Latsio (İtaliya) 2:0 (ilk oyun – 1:0)
Qol: Ben Yedder, 20. Sarabiya, 78.
21 fevral
Arsenal (İngiltərə) – BATE (Belarus) 3:0 (0:1)
Qol: Volkov, 4-öz qapısına. Mustafi, 39. Papastatopulos, 60.
Dinamo (Xorvatiya) – Viktoriya (Çexiya) 3:0 (1:2)
Qol: Orsiç, 15. Dilaver, 33. Petkoviç, 73.
Ayntraxt (Almaniya) – Şaxtyor (Ukrayna) 4:1 (2:2)
Qol: Yoviç, 23. Haller, 27-pen; 80. Rebiç, 88 – Moraeş, 64.
Napoli (İtaliya) – Sürix (İsveçrə) 2:0 (3:1)
Qol: Verdi, 43. Ounas, 75.
Zalsburq (Avstriya) – Brügge (Belçika) 4:0 (1:2)
Qol: Şlager, 17. Daka, 29; 43. Dabbur, 90.
Valensiya (İspaniya) – Seltik (Şotlandiya) 1:0 (2:0)
Qol: Qameyro, 70.
Zenit (Rusiya) – Fənərbaxça (Türkiyə) 3:1 (0:1)
Qol: Ozdoyev, 4. Azmun, 37; 76 – M.Topal, 43.
Vilyarreal (İspaniya) – Sportinq (Portuqaliya) 1:1 (1:0)
Qol: Fornals, 80 – B.Fernandes, 45.
Bayer (Almaniya) – Krasnodar (Rusiya) 1:1 (0:0)
Qol: Aranquiz, 87 – Süleymanov, 84.
Benfika (Portuqaliya) – Qalatasaray (Türkiyə) 0:0 (2:1)
Betis (İspaniya) – Renn (Fransa) 1:3 (3:3)
Qol: Lo Çelso, 41 – Bensebaini, 22. Ben Arfa, 30. Nyanq, 90.
Çelsi (İngiltərə) – Malmö (İsveç) 3:0 (2:1)
Qol: Jiru, 55. Barkli, 74. Odoy, 84.
Dinamo (Ukrayna) – Olimpiakos (Yunanıstan) 1:0 (2:2)
Qol: Sol, 32.
Genk (Belçika) – Slaviya (Çexiya) 1:4 (0:0)
Qol: Trossard, 10 – Çufal, 23. Traore, 53. Şkoda, 64; 68.
İnter (İtaliya) – Rapid (Avstriya) 4:0 (1:0)
Qol: Vesino, 11. Ranokkya, 18. Perişiç, 80. Politano, 87.