Dünya futbolu
Simeonenin “yumurtalar”ı… başına bəla oldu
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları …
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Yuventus”la qarşılaşmada nalayiq jest edərək qasıq nahiyəsini göstərən Dieqo Simeone cəzalanacaq. UEFA bununla bağlı intizam işi açıb.
İlk qolu qeyd edərkən əli ilə qasıq nahiyəsini işarə edən argentinalı daha sonra bunu belə izah etmişdi: “Hərəkəti etməkdə məqsədim azarkeşlərimizə yumurtalarımızın olduğunu göstərmək idi”.
Onun ən azı 1 oyunluq diskvalifikasiya edəcəyi gözlənilir. Təcrübəli çalışdırıcının cəzasının ağır ola biləcəyi də istisna olunmur.
Qeyd edək ki, "Atletiko" ilk oyunda "Yuventus" üzərində 2:0 hesablı qələbə qazanıb. Cavab görüşü martın 12-də baş tutacaq.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir