I Liqa
AFFA divizion klublarını cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Səbail-2” – “Keşlə-2” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublar 80 manat cərimə olunub.
“Şüvəlan” – “Qarabağ-2” matçında “Qarabağ-2”-nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Şüvəlan” – “Qarabağ-2” matçının ikinci hissəsi qonaq komandasının yubanması səbəbindən 4 dəqiqə gec başladığı üçün “Qarabağ-2” 80 manat cərimələnib.
“Turan Tovuz” – “Neftç-2” matçında “Neftçi-2”-nin üzvü Rəhman Daşdəmirov matçın 86-cı dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Turan Tovuz” – “Neftç-2” matçında lazimi inventarlar olmadığı üçün meydan sahibi klub 160 manat cərimə olunub.
“Kəpəz” – “Zaqatala” matçının iclasında qonaq komandanın nümayəndəsi iştirak etməyib. Bu səbəbdən “Zaqatala” klubu 80 manat cərimə olunub.
“Sabah -2”- “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubu matçın ilkin ptotokolunu gec tədqim edib. Bu səbəbdən “Qaradağ Lökbatan” klubu 80 manat cərimələnib.