Ölkə futbolu
“Neftçi” Hacıyevsiz hazırlaşır
“Neftçi” Azərbaycan Premyer Liqasının 19-cu turu…
“Neftçi” Azərbaycan Premyer Liqasının 19-cu turunda qarşılaşacağı “Sabah”la oyunun hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, “Səbail”lə qarşılaşmadan sonra hazırlığa fasilə verməyən “ağ-qaralar”, bu gün növbəti məşqinə çıxıb.
Aqil Məmmədovun fərdi hazırlaşdığı və Rəhman Hacıyevdən başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib.
Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Martın 2-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Sabah” oyunu saat 18:30-da başlanacaq.