Dünya futbolu
“Borussiya”nın futbolçusu Bundesliqa tarixinə düşdü
Almaniya Bundesliqasının 23-cü turu çərçivəsind…
Almaniya Bundesliqasının 23-cü turu çərçivəsində keçirilən “Borussiya” (Dortmund) – “Bayer” matçı, Dortmund təmsilçisinin futbolçusu Ceydon Sanço üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, 3:2 hesabıyla bitən görüşdə “Borussiya”nın 2-ci qolunun müəllifi olan ingilis futbolçu, Bundesliqada 9-cu, bu mövsüm isə 8-ci qoluna imza atıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Sanço bununla da, Bundesliqa tarixində ən çox qol vuran gənc futbolçu ünvanını qazanıb. Buna qədər Bundesliqa tarixinin ən gənc qolcusu Almaniya millisinin keçmiş üzvü Lukas Podolski idi.