Ölkə futbolu
Simvolik komandada 4 "Zirə"li
Premyer Liqanın XVIII turunun rəmzi komandası açıqlanıb. F…
Premyer Liqanın XVIII turunun rəmzi komandası açıqlanıb. Futbolinfo.az xəbər verir ki, heyət “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşib.
Simvolik "11-lik"də ən çox oyunçu ilə təmsil olunan komanda "Zirə"di. "Sumqayıt" üzərində qələbə qazanan heyətin 4 üzvü "11-liy"ə salınıb.
Qapıçı: Kamran Ağayev (“Keşlə”)-2
Müdafiəçilər: Ansi Aqolli (“Qarabağ”)-3, Adrian Skarlatake (“Zirə”), Bəxtiyar Həsənalızadə (“Zirə”), Amin Seydiyev (“Qəbələ”)
Yarımmüdafiəçilər: Mfo Kqasvane (“Zirə”), Dilan Duventru (“Zirə”), Riçard Almeyda (“Qarabağ”)-3, Dani Kintana (“Qarabağ”)-4
Hücumçular: Canluka Sansone (“Neftçi”)-2, Ceyms Adeniyi (“Qəbələ”)-5
Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.