Dünya futbolu
“Partizan”da Miloşeviç dönəmi
Serbiyanın ən köklü futbol klublarından olan “Parti…
Serbiyanın ən köklü futbol klublarından olan “Partizan”ın yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Belqrad təmsilçisinin “sükanı” Serbiya yığmasının sabiq üzvü Savo Miloşeviçə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi postunda Zoran Mirkoviçi əvəz edən 45 yaşlı Miloşeviç, buna qədər Serbiya Futbol Federasiyasında çalışırdı. Lakin o, “Partizan”ın təklifini müsbət cavabladığı üçün, federasiyadakı işindən istefa verib.
Miloşeviç futbolçu karyerası dönəmində yetirməsi olduğu “Partizan”dan əlavə, “Aston Villa”, “Saraqosa”, “Parma”, “Espanyol”, “Selta”, “Osasuna” və “Rubin” (Kazan) klublarında da forma geyinib. O, Serbiya millisində 102 oyuna çıxıb.
Serbiya Super Liqasında son 5 turda 3 məğlubiyyət alan, 1 heç-heçə və 1 qələbə ilə kifayətlənən “Partizan” çempionluq şansını itirib. Sözügedən komanda hazırda lider olan əzəli rəqibi “Srvena Zvezda”dan 24 xal geri qalmaqla 3-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir