Ölkə futbolu
Azərbaycan bayrağının, gerbinin, formasının, nüfuzunun satış qiyməti
Tanınan futbol şərhçisi, “Xəzər” TV-də yayım…
Tanınan futbol şərhçisi, “Xəzər” TV-də yayımlanan “Futbol Saatı” verilişinin aparıcısı Sənan Abdullayev sosial şəbəkədə maraqlı paylaşım edib. Milli komandaya Litva ilə yoxlama matçındakı heç-heçəyə görə mükafat verilməsinə toxunan həmkarımız çox adamın bostanına daş atıb.
“Qoy Qurban Qurbanov danışmayıb yaxşı oğlan olsun, mən pis. Rəşad Sadıqov çox şeyi sirr saxlasın, mən danışıb nifrət qazanım. Elxan Məmmmədovla Ramin Musayev qardaşlığını qorusun. Amma 3 gün öncə Lüksemburqa uduzan Litva ilə rəzil heç-heçəyə görə verilən 5 000 manat mükafat Azərbaycan bayrağının, gerbinin, formasının, nüfuzunun satış qiymətidi.
Qurban Qurbanovun zamanında bu Litvadan açıq-aşkar güclü olan yığmalarla RƏSMİ oyunlardakı nə ev, nə də səfər qələbə və heç-heçəsinə görə pul verilib. Hə, deyirlər qrupdan çıxmağa görə böyük məbləğ vəd verilibmiş. Ancaq futbolçu "tayfa"sı bir daha sübut etdi ki, onlar üçün vətən-filan nağd "vəd"dən nə qədər geridədi. Deyirlər Nazarov elə Qurbanovun zamanında Elxan Məmmədovu "premiya" üstündə divara dirəyibmiş ki, indi verəcəksən. Təəssüf ki, bu məhvetmə üsulu birinci dəfə deyil.
Sadıq Sadıqovlu "Neftçi"nin son ilində yaşananları unutmamışıq. Məhz AFFA-dakı maraqlı şəxslər kluba çatacaq pulu gecikdirməklə Nazarovun komandadakı analoqlarının problem yaratmasına, ən yaxşı halda "ruhsuz" meydana çıxmasına nail olmaq istəyirdilər, gec-tez oldular da. Nəticədə Sadıqov və komandası klubdan, sonradan isə eyni üsulla Qurbanov yığmadan göndərildi”.