Dünya futbolu
İngiltərə millisinin sabiq üzvü karyerasını başa vurdu
Futbol üzrə İngiltərə millisinin və “Aston Villa&rdquo…
Futbol üzrə İngiltərə millisinin və “Aston Villa”nın sabiq üzvü Qabriel Aqbonlahor karyerasını bitirib.
Futbolinfo.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Son olaraq “Aston Villa”nın şərəfini qoruyan 32 yaşlı hücumçu, 2018-ci ilin iyulundan azad agent statusu daşıyırdı.
2005-ci ildə peşəkar karyerasına başlayan Aqbonlahor “Aston Villa”, “Şeffild Uensdey”, “Uotford” kimi klubların formasını geyinib. O, İngiltərə millisində 3 oyun keçirib. Bütövlükdə isə 406 oyuna çıxan forvard 86 qola imza atıb, 58 məhsuldar ötürmə müəllifi olub.