Dünya futbolu
Azərbaycanlı futbolçunun klubuna UEFA-dan cəza
UEFA Çexiyanın “Slaviya” klubunu cəzalandırıb.
…
UEFA Çexiyanın “Slaviya” klubunu cəzalandırıb.
Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində fevralın 14-də keçirilmiş Belçikanın “Genk” klubu ilə ilk oyunda (0:0) Praqa təmsilçisinin azarkeşləri pirotexniki vasitələrdən istifadə edib. Məhz tərəfdarlarının davranışı ucbatından sözügedən klub 32 min avro cərimə olunub.
Praqa klubu həmçinin İngiltərə nəhəngi “Çelsi”yə qarşı keçirəcəyi növbəti ev oyununda bütün tribunalara bilet satışından da məhrum olub. Belə ki, həmin oyunda “Slaviya”nın stadionunda üç tribuna boş qalmalıdı. Sözügedən oyunda aprelin 11-də baş tutacaq.
Sonda onu da qeyd edək ki, “Slaviya”nın gənclərdən ibarət komandasında Azərbaycanın U-21 yığmasının üzvü Fərid Nəbiyev də forma geyinir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?