Milli komanda
Millimizə qol vuran xorvatiyalı zədələndi
Xorvatiya millisinin daha bir futbolçusu zədələnib.
…
Xorvatiya millisinin daha bir futbolçusu zədələnib.
Futbolinfo.az xəbər verir ki, Andrey Kramariç AÇ-2020-nin seçmə mərhələsinin oyunlarından sonra klubu “Hoffenhaym”a zədəli qayıdıb.
Almaniya klubunun baş məşqçisi Yulian Naqelsman yerli mətbuata açıqlamasında bildirib ki, dizində ağrılar olan hücumçunun Bundesliqada növbəti turun oyununa çıxması sual altındadı.
Qeyd edək ki, millimizlə görüşdə (2:1) 90 dəqiqə meydanda olan Kramariç komandasının qələbə qolunun müəllifi olub.