Ölkə futbolu
“Qəbələ” çempion oldu
“Qəbələ” U-16 Liqasının çempionu olub.
Futb…
“Qəbələ” U-16 Liqasının çempionu olub.
Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, bu, yarışın 23-cü turunda rəsmiləşib. Səfərdə İsgəndər Cavadov BFA ilə görüşən “qırmızı-qaralar” rəqib meydanında 6:0 hesablı qələbə qazanıb. Qələbədən sonra “Qəbələ” xal hesabını 61-ə çatdırıb.
Liderin ən yaxın izləyicisi “Sabah”ın turu xal itkisi ilə başa vurması qızıl medalların taleyinə aydınlıq gətirib. “Sumqayıt”la qarşılaşmada 1:1 hesablı heç-heçə edən bakılıların aktivindəki xal sayı 52-yə yüksəlib.
Nəticədə yarışın sonuna 3 tur qalmış “Qəbələ” ilə izləyicisi arasında xal fərqi 9-a çatıb. Şəxsi oyunlarda (1:0, 2:1) paytaxt təmsilçisini üstələyən “qırmızı-qaralar” izləyiciləri üçün əlçatmaz olub və çempion titulunu təmin edib.
Bu, “Qəbələ”nin cari mövsümdə qazandığı ikinci tituldur. U-16-dan əvvəl U-19 komandası da Azərbaycan çempionu adına yiyələnib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?