Ölkə futbolu
113 günə iki 0:6-ya üzülən tək futbolçu
Premyer Liqada bu mövsüm 2 dəfə 6:0 hesabı qeydə alını…
Premyer Liqada bu mövsüm 2 dəfə 6:0 hesabı qeydə alınıb. Hər iki halda qazanan “Qarabağ”, məyus olan isə o olub.
Futbolinfo.az xəbər verir ki, bu darmadağınların hər ikisindən nəsibini alan bir futbolçu var. Mövsümün ilk yarısında “Zirə”nin, indi isə “Sumqayıt”ın formasını geyən Adil Nağıyev hər iki faciəvi nəticəni meydanda yaşayanlardandı.
2018-ci il dekabrın 9-da, 14-cü turda “Zirə” öz meydanınd darmadağın olanda Adil start heyətdə idi. O, fasilədə, hesab 0:3 olarkən baş məşqçi Samir Abasov tərəfindən əvəzlənmiş, daha sonra komanda ilə vidalaşmışdı.
22-ci turun aprelin 1-ə təsadüf edən matçında da Nağıyev start heyətində idi. “Sumqayıt” da öz meydanında “Qarabağ”dan 6 cavabsız top buraxdı. Adil isə bu dəfə 90 dəqiqə meydanda oldu. Maraqlıdı ki, ağdamlılar bu dəfə də qolları hissələr üzrə bərabər böldü.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı