Dünya futbolu
“İnter”dən darmadağın, “Napoli”dən məğlubiyyət
Futbol üzrə İtaliya A Seriyasında 30-cu turun oyunları ke&cce…
Futbol üzrə İtaliya A Seriyasında 30-cu turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, turun əksər qarşılaşmaları ikinci oyun gününə təsadüf edib.
Son turda “Roma”nı 4:1 hesabıyla məğlub edən “Napoli” “Empoli” ilə qarşılaşıb. Neapol təmsilçisi bu oyunda məğlubiyyətlə üzləşib.
Turun maraqla gözlənilən qarşılaşmasında “Roma” doğma azarkeşləri qarşısında “Fiorentina” ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
“İnter” bu tur “Cenoa”nın, “Latsio” isə SPAL-ın qonağı olub. Milan təmsilçisi səfərdə 4 cavabsız qola üzüldüyü halda, paytaxt klubu minimal hesabla məğlub olub.
İtaliya A Seriyası
30-cu tur
2 aprel
Milan – Udineze 1:1
Qol: Pyontek, 44 – Lasanya, 65.
Kalyari – Yuventus 0:2
Qol: Bonuççi, 22. M.Ken, 85.
3 aprel
Empoli – Napoli 2:1
Qol: Farias, 28. Di Lorenso, 53 – Zelinski, 44.
Roma – Fiorentina 2:2
Qol: Zaniolo, 14. Perotti, 57 – Petsella, 12. Jerson, 51.
Cenoa – İnter 0:4
Qol: Qalyardini, 15; 81. İkardi, 40-pen. Perişiç, 54.
Frozinone – Parma 3:2
Qol: Pinamonti, 13. Valzaniya, 45. Çiofani, 90-pen – Barilya, 18. Keravolo, 58-pen.
SPAL – Latsio 1:0
Qol: Petanya, 89-pen.
Torino – Sampdoriya 2:1
Qol: Belotti, 34; 45 – Qabbyadini, 84.
4 aprel
21:00 Sassuolo – Kyevo
23:00 Atalanta – Bolonya