Dünya futbolu
“Bavariya”dan Dortmund “Borussiya”sına 5 cavabsız qol
Futbol üzrə Almaniya Bundesliqasında 28-ci turun oyunları ke&c…
Futbol üzrə Almaniya Bundesliqasında 28-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.
“Bayer” evdə “Leyptsiq”ə, “Herta” “Fortuna”ya, “Şalke” “Ayntraxt”a məğlub olub. “Ştutqart” – “Nürnberq” matçında qalib müəyyənləşməyib. “Volfsburq” isə “Hannover” üzərində qələbəyə sevinib.
Turun mərkəzi görüşündə lider “Borussiya” (Dortmund) səfərdə “Bavariya” ilə qarşılaşıb. Sözügedən qarşılaşmada Dortmund təmsilçisi məğlub olmayacağı təqdirdə, çempionluq yolunda böyük addım atmış olacaqdı. “Bavariya” isə çempionluq üçün yalnız qələbə qazanmalı idi. Münhen klubu bu görüşdə 5 cavabsız qola imza atmaqla hər kəsi təəccübləndirməyi bacarıb. Nəticədə, “Bavariya” həm də vahid liderliyi ələ keçirib.
Almaniya Bundesliqası
28-ci tur
5 aprel
Maynts – Frayburq 5:0
Qol: Botyus, 20. Mateta, 25; 33; 77. Onisivo, 73.
6 aprel
Bayer – Leyptsiq 2:4
Qol: Haverts, 11-pen; 23 – Sabitzer, 17. Verner, 64. Forsberq, 71-pen. Kunya, 83.
Herta – Fortuna 1:2
Qol: Qruyiç, 41 – Raman, 35; 61.
Şalke – Ayntraxt 1:2
Qol: S.Serdar, 21 – A.Rebiç, 13. Yoviç, 90-pen.
Ştutqart – Nürnberq 1:1
Qol: O.Kabak, 75 – M.Pereyra, 42.
Volfsburq – Hannover 3:1
Qol: Renato, 31; 71. Roussillon, 78 – Verdandt, 30.
Bavariya – Borussiya (Dortmund) 5:0
Qol: Hummels, 10. Levandovski, 17; 89. X.Martines, 41. Qnabri, 43.
7 aprel
17:30 Auqsburq – Hoffenhaym
20:00 Borussiya (Münhenqladbax) – Verder
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?