Ölkə futbolu
“Səbail”in nəticələri aparıcı futbolçusunu maraqlandırmır
“Səbail”də xaosdu. Klubda nələrin baş verdiyini deyə…
“Səbail”də xaosdu. Klubda nələrin baş verdiyini deyə bilmərik, amma hamının bir hədəf üçün birləşmədiyi dəqiqdi.
Rəhbərlikdə ikitirəlik var, baş məşqçi Aftandil Hacıyev faktiki tək qalıb, kimin əmrinə qulaq asacağını bilmir. Və bu vəziyyətdə tapşırıqla gələn futbolçuları da heyətə salıb nəticə qazanmalıdı. Hələlik bacarır, komanda 3-cü pillədədi, lakin düşərgədə ab-hava yaxşı deyil, bunun nəticəsində izləyicilərlə xal fərqi azalır, real görünən avrokubok vəsiqəsi əldən çıxır.
Klubdakı hər kəsin eyni hədəfə köklənməməyi haqda qeydimiz isə boşuna deyil. Əksər iddialı komandalarda hamı ailə kimi birləşir, hətta zədə və ya cəza üzündən oynamayacağı bəlli olan futbolçular kollektivin bir parçası olduğunu sübut etmək uzun səfərlərə çıxırlar. Amma “Səbail”də…
– Ruslan Qurbanov və Maudo Jarjue nə üçün yox idi?
– Ruslan dünən yaxşı deyildi. Halı pis idi. Ona görə meydanda deyildi. Maudo isə məşqdə intizamsızlıq etmişdi, əvəzedici heyətə göndərdim. Bu gün üzr istədi. Onun işinə baxacağıq.
Aftandil Hacıyev dünənki oyundan sonra baş tutan mətbuat konfransında jurnalistin sualına bu cür cavab verib. Maudonun məsələsi aydındı, amma Ruslanla bağlı yalan var. Ya Hacıyev həqiqəti gizlədir, Qurbanov heyətdən qovulub, ya da futbolçu üçün klub maraqları arxa plandadı. Çünki dünən “Sabah” – “Səbail” oyununun gedişində Ruslan öz istirahətində idi.
Oxucularımızdan biri matçın gedişi vaxtı, Ruslanı şəhərdəki çay evlərindən birində görüb. Dostları ilə nərd oynayan milliləşdirilmiş yarımmüdafiəçi matçı televiziyadan izləyirmiş. Hətta “Sabah”ın 2-3-cü qolları da onun əhvalını korlamayıb, oyununa davam edib.
Qurbanov qəbahət iş görməyib, dostlarıyla birgə çay və “Coca Cola” içib, nərd oynayırmış. Lakin pis olan “halı pis olan” futbolçunun komandasına münasibətidi. Həqiqətən ciddi xəstədisə, evində müalicəsi ilə məşğul olmalı, nərd oynayacaq qədər sağlamdısa, Masazırda, komandanı dəstəkləyənlər sırasında görünməliydi. Yox, “Səbail”in nəticələrini düşünmürsə, artıq klubunu dəyişəcəyinə qərar veribsə, özü bilər.
Lakin işə belə münasibətlə, komanda kimi birləşməməklə “Səbail”in sabahı yoxdu. Bu klub kimlərinsə bahalı oyuncağıdı və orada yalnız maaş almaq üçün oynayanlar toplaşıb. Bəlkə də Maykl Essyenin gəlişindən sonra aparıcı futbolçuların küsdürülməsi ilə bağlı deyilənlər doğrudu…
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı