Dünya futbolu
Yığmamızın rəqibinə mükafat
AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə …
AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç mükafat alıb. Mütəxəssis Xorvatiya İdman Jurnalistləri Assosiasiyası (HZSN) tərəfindən təltif edilib.
Assosiasiyanın 70-ci il dönümü ilə bağlı Zaqrebdə təşkil edilən tədbirdə "Gümüş Vatikan" mükafatı məhz Daliçə təqdim olunub. Bu ad media ilə ən sıx əlaqədə olan və əməkdaşlıq edən idman adamına verilir. Daliç yerli jurnalistlərdən birinə "Rusiyadakı xəyallarımız" adlı kitabın yazılmasında kömək göstərib.
Qeyd edək ki, Xorvatiya ötən il Rusiyada keçirilən dünya çempionatında ikinci yeri tutub.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”