Dünya futbolu
İsrafilovdan məhsuldar ötürmə, “Alkorkon”dan qələbə
Futbol üzrə İspaniya Sequndasında 34-cü turun oyunları k…
Futbol üzrə İspaniya Sequndasında 34-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Saraqosa” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan qələbə ilə ayrılıb – 2:0.
İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Komandasının 4-cü dəqiqədə vurduğu ilk qolun məhsuldar ötürməsi də məhz Eddidən gəlib. Millimizin üzvü 36-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Hazırda 47 xala malik “Alkorkon” 22 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Digər idman növləri2024-05-05 16:22
“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO