Dünya futbolu
“Çelsi”də yeni rekordçu
İngiltərənin “Çelsi” klubu Avropa Liqasının 1/…
İngiltərənin “Çelsi” klubu Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda Praqa “Slaviya”sını 4:3 hesabıyla məğlub edib.
Futbolinfo.az xəbər verir ki, sözügedən qarşılaşma “zadəganlar”ın futbolçusu Olivye Jiru üçün əlamətdar olub.
Belə ki, fransız futbolçu bu görüşdə fərqlənərək, “Çelsi”nin bir mövsümdə avrokuboklarda ən çox qol vuran futbolçusu olub. 32 yaşlı forvardın hesabında 10 qol var.
Jirudan əvvəl bu rekord Fernando Torresə aid idi. İspan hücumçu “zadəganlar”la 2012/13 mövsümündə 9 qola imza atmışdı.
“Çelsi” “Slaviya”nı ilk oyunda 1:0, cavab matçında isə 4:3 hesabıyla məğlub edərək, Avropa Liqasında yarımfinala yüksəlib. London təmsilçisi bu mərhələdə Frankfurt “Ayntraxt”ı ilə qarşılaşacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”