Ölkə futbolu
Son oyunda turun rekordu
Premyer Liqada XXV tur oyunlarını stadiondan izləmiş azarkeş say?…
Premyer Liqada XXV tur oyunlarını stadiondan izləmiş azarkeş sayı məlum olub. Ən yüksək göstərici bağlanış matçı olan “Sabah” – “Neftçi” (0:2) görüşündə qeydə alınıb. Masazırdakı “Əlincə Arena”da baş tutan qarşılaşmanı 1600 nəfər tribunadan izləyib.
Ən aşağı rəqəm isə Qəbələ şəhər stadionunda yerli komandanın “Zirə”ni 2:1 hesabı ilə məğlub etdiyi oyunda qeydə alınıb – cəmi 300 nəfər.
Sumqayıtda eyniadlı komandanın “Səbail”ə məğlubiyyətinə (1:2) 1000, “Qarabağ”ın Respublika Stadionunda “Keşlə” üzərində qələbəsinə (3:0) isə 500 nəfər şahidlik edib.
Ümumilikdə turun 4 oyununda 3400 nəfər azarkeş qeydə alınıb. Bu da hər matçda 850 nəfərin olması deməkdi.