Dünya futbolu
Premyer Liqanın tarixinə keçən qol
Futbol üzrə İngiltərə Premyer Liqası çərçivə…
Futbol üzrə İngiltərə Premyer Liqası çərçivəsində ötən gecə baş tutan “Uotford” – “Sauthempton” qarşılaşması 1:1 hesabıyla başa çatdı.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmada hesabı erkən qola sevinən qonaqlar açsa da, meydan sahibləri də tam əksinə, 90-cı dəqiqədə bərabərlik qoluna imza atıblar.
Matçda hesabı açan irlandiyalı futbolçu Şeyn Lonq isə İngiltərə futbolunun tarixinə düşüb. O, Premyer Liqa tarixinin ən erkən qoluna imza atıb. Məsələ burasındadı ki, 32 yaşlı futbolçu sözügedən matçın start fitindən cəmi 7 saniyə (!) sonra fərqlənib.
Bundan əvvəlki rekord isə 2000-ci ildə qeydə alınmışdı. Həmin vaxt “Tottenhem”in futbolçusu Ledli Kinq “Bredford”la matçın 10-cu saniyəsində rəqib qapısına yol tapmışdı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”