Dünya futbolu
İnzaqi: Messi və Ronaldo belə məni keçə bilməz
"Milan"ın sabiq hücumçusu Filipo İnzaqi avroku…
"Milan"ın sabiq hücumçusu Filipo İnzaqi avrokubok finallarındakı rekordu haqda danışarkən iddialı fikirlər səsləndirib. Futbolinfo.az xəbər verir ki, italiyalı futbolçu rekordunu Lionel Messi və Kriştianu Ronaldo kimi oyunçuların belə qıra bilməyəcəyindəm əmin olduğunu söyləyib:
"2007-ci il Çempionlar Liqasının final matçında baş məşqçimiz Karlo Ançelotti seçim qarşısında qalmışdı. Ya məni, ya da Cilardinyonu meydana buraxmalı idi. Ancaq mən meydana çıxdım və "Liverpul"a iki qol vurdum. Daha sonra "Sevilya" ilə superkubok görüşündə fərqləndim. Ardınca klublararası dünya çempionatında üç qol vurmağı bacardım. Bu oyunların hamısında qalib gəldik. Hətta Messi və Ronaldo da bunu edə bilməyib və edə bilməyəcəklər. Bu, mənim rekordumdu və uzun müddət xatırlanacaq”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?