Dünya futbolu
Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid
Zaqatalanın fəaliyyətini dayandırmış “Simurq” komand…
Zaqatalanın fəaliyyətini dayandırmış “Simurq” komandasının sabiq baş məşqçisi Sergey Yuran Rusiya “Spartak”ında çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyev haqqında danışıb.
Futbolinfo.az xəbər verir ki, hazırda "Zorki" komandasına rəhbərlik edən 50 yaşlı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində 23 yaşlı yarımmüdafiəçini ciddi tənqid atəşinə tutub. O, Quliyevi Moskva təmsilçisinin digər oyunçusu Denis Qluşakovla müqayisə edib:
"Quliyev Qluşakovdan geri qalır. Denis daha yaxşı təsir bağışlayır. Ayaz Quliyev hələ "Spartak"ın əsas kompozisiyasının oyunçusu deyil. "Rostov"da çıxış edərkən, onda hər şey alınırdı. Amma burada tamam fərqli təzyiq və vəzifələr var. Çempionatın sonunda eksperiment aparmağın lazım olduğunu düşünmürəm. Nəticə vermək üçün təcrübəli Qluşakov var".
Yuran bildirib ki, "Spartak" Qluşakovun təcrübəsindən istifadə etməlidir: "Bu mərhələdə Quliyev zəifdir. Meydanda sadəcə düşüncəsizcəsinə qaça, düşünə və təhlil də edə bilərsiniz. Qluşakov vəziyyəti gənc oyunçudan daha tez oxuyur. Ayaz istedadlı oğlandır. Amma təcrübəsinə, oyununa və inamına görə onu Qluşakovla müqayisə etmək çox tezdir. O, "Spartak"da son sözünü deməyib".
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar