Ölkə futbolu
“Qarabağ”ın legionerləri Azərbaycan Qran-prisində – FOTO
Azərbaycan klublarında çıxış edən bir çox futbol&c…
Azərbaycan klublarında çıxış edən bir çox futbolçu "Formula 1" üzrə Azərbaycan Qran-prisinə böyük maraq göstərib.
Futbolinfo.az xəbər verir ki, onlar Qran-prini və yarışsonrası konsertləri izləyiblər.
Onların arasında "Qarabağ"ın legionerləri xüsusən fərqlənib. Polşalı müdafiəçi Yakub Jezniçak "Williams"da çıxış edən həmyerlisi Robert Kubitsaya azarkeşlik edib.
Onunla bərabər komanda yoldaşları Filip Ozobiç, İnnosent Emeqara və "Sabah" komandasında yer alan ukraynalı hücumçu Marko Deviç Qran-priyə "Hilton" otelinin yuxarı mərtəbəsindən baxıblar.
Axşam konsertinə isə "Qarabağ"ın müdafiəçisi Donald Gerrye və braziliyalı milliləşmiş yarımmüdafiəçi Riçard Almeyda xanımları ilə birgə qatılıblar. Onlar "Crystal Hall"da Cardi B-nin konsertini VIP sektordan izləyiblər.
Bir neçə əncəbi futbolçu isə Qran-priyə qaldıqları "Port Baku" yaşayış kompleksindən baxıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisinin qalibi "Mercedes"in finlandiyalı pilotu Valtteri Bottas olub. (Autocity.az)
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib