Ölkə futbolu
“Səbail”də pul üstündə əlbəyaxa dava!
“Səbail” Azərbaycan çempionatının bürü…
“Səbail” Azərbaycan çempionatının bürünc medalına sahib çıxdı.
Gözləmək olardı ki, gənc komandanın bu uğuru düşərgədə yaxşı əhval-ruhiyyə yaradacaq.
Ancaq belə deyil. Belə ki, “Səbail”də hazırda pul davası gedir. Daha doğrusu, mükafat davası.
Futbolçulara vəd edilən mükafatın verilməməsi, gərgin əhval-ruhiyyə yaradıb. Yox, söhbət bürünc medal üçün vəd olunan mükafatdan getmir.
Futbolçular “Neftçi” ilə heç-heçə və “Sumqayıt”la “Qəbələ” üzərində əldə edilən qələbəyə görə vəd olunan mükafatı ala bilməyiblər.
Rəhbərlik futbolçuları “bu gün, sabah” deyərək aldadıb. Bu da ciddi narazılığa səbəb olub.
Deyilənlərə görə, mükafat verilmədiyi üçün “Səbail”in futbolçuları “Qarabağ”la oyunda bilərəkdən zəif çıxış ediblər.
Hətta mükafat üstündə komandanın rəsmiləri ilə futbolçular arasında əlbəyaxa dava da düşdüyü də bildirilir.
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev “Futbol+” qəzetinə verdiyi açıqlamada mükafatın verilmədiyini etiraf edib. Ancaq o, yaxın günlərdə pulun veriləcəyini bildirib.
“Səbail”dəki mənbəmiz isə Hacıyevin yalan danışdığını bildirir. Mənbənin verdiyi məlumata görə, “Səbail” rəhbərliyi mövsümün sonunda xeyli futbolçunu komandadan göndərməyi planlaşdırır.
Deyilənlərə görə, mükafat da məhz buna görə verilmir. Rəhbərlik heyətdən göndəriləcək futbolçulara pul vermək fikrində deyil.
Olanlardan duyuq düşən futbolçular haqlarını tələb ediblər. Bunun da nəticəsi əlbəyaxa dava olub.
Deyilənlərə görə, heyətdən göndəriləcək futbolçulara mükafatın verilməməsinə, klubun qeyri-rəsmi rəhbəri Tamerlan Abdullayev göstəriş verib. (Sportinfo)
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?