Premyer-liqa
“Qəbələ” “Sumqayıt”a bütün oyunlarda qol vurub
Sabah futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mö…
Sabah futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, çempionata səfərdə yekun vuracaq “Qəbələ” Sumqayıtda eyniadlı komandanın qonağı olacaq.
Bu, sözügedən komandanın “Sumqayıt”la 28-ci oyunu olacaq. Mayın 19-da Azərbaycan kubokunun Naxçıvanda keçiriləcək finalında da üz-üzə gələcək rəqiblər indiyədək yalnız Premyer Liqada görüşüblər. Əvvəlki matçlarda 17 dəfə qalib gələn “qırmızı-qaralar” 8 heç-heçə edib və yalnız 2 dəfə uduzub. Bütün oyunlarda rəqib qapısına yol tapan “Qəbələ” heç vaxt meydanı qolsuz tərk etməyib. Top fərqində “qırmızı-qaralar” böyük üstünlüyə malikdi – 47:20. “Sumqayıt”la görüşlərin ən yaxşı bombardiri Viktor Mendi 7 dəfə rəqib qapısına yol tapıb.
“Qəbələ” səfər qarşılaşmalarında da üstün durumdadı. Rəqib meydanındakı 13 oyunda 6 qələbəsi olan “Qəbələ” 5 dəfə sülhlə kifayətlənibsə, 2 dəfə səfərdən xalsız ayrılıb. Bu görüşlərdə qonaqlar 21, ev sahibləri 13 qol vurublar.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir