Dünya futbolu
“Bavariya” çempionluğu rəsmiləşdirə bilmədi
Bu gün futbol üzrə Almaniya Bundesliqasında 33-cü tur…
Bu gün futbol üzrə Almaniya Bundesliqasında 33-cü tura start verilib.
Futbolinfo.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf edib.
Lider “Bavariya” səfərdə “Leyptsiq”lə qarşılaşıb. Münhen təmsilçisi qələbə qazanacağı təqdirdə, sona bir tur qalmış çempionluğunu rəsmiləşdirəcəkdi. Amma lider bu oyundan xal itkisi ilə ayrılıb.
Dortmund “Borussiya”sı bundan maksimum yararlanaraq “Fortuna”nı (Düsseldorf) məğlub edib və liderlə xal fərqini azaldıb.
“Bayer” isə “Şalke”ni qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qolla 1 xala razılaşıblar.
Almaniya Bundesliqası
33-cü tur
11 may
Auqsburq – Herta 1:1
Qol: Han, 10. Qreqortiç, 50-pen; 70 – Plattenhardt, 47. Qruyiç, 66. Kalu, 75; 90-pen.
Bayer – Şalke 1:1
Qol: Haverts, 31 – Burqstaller, 47.
Borussiya (Dortmund) – Fortuna 3:2
Qol: Pulişiç, 41. Delaney, 53. Qotse, 90 – Fink, 47. Kounaçki, 90.
Hannover – Frayburq 3:0
Qol: Anton, 39. Bebu, 51. Uolas, 81.
Hoffenhaym – Verder 0:1
Qol: Eggeştayn, 39.
Nürnberq – Borussiya (Münhenqladbax) 0:4
Qol: Drmiç, 56. Muhl, 63-öz qapısına. Hazard, 65. Zakariya, 80.
Leyptsiq – Bavariya 0:0
Ştutqart – Volfsburq 3:0
Qol: Q.Kastro, 45. Donis, 55. Didavi, 83.
12 may
20:00 Ayntraxt – Maynts
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”