Ölkə futbolu
“Qəbələ” “Dinamo”ya həm uduzdu, həm də qalib gəldi
Gürcüstanın “Dinamo” (Tiflis) klubu ilə əmək…
Gürcüstanın “Dinamo” (Tiflis) klubu ilə əməkdaşlıq çərçivəsində “Qəbələ”nin U-15 və U-13 komandaları Gürcüstana yola düşüblər.
Futbolinfo.az xəbər verir ki, 5 günlük səfər çərçivəsində məşqlərlə yanaşı, yoldaşlıq oyunları da nəzərdə tutulub. Artıq ilk oyunlar başa çatıb. U-15 rəqibinə 1:2 hesabı ilə məğlub olsa da (yeganə qolu Ağasi Babayev vurub), U-13 qələbə qazanıb. "Dinamo"nun 2 qoluna "Qəbələ" 3 topla cavab verib. Hikmət Cəbrayılzadə 2, Vüsal Əmirəhmədov 1 qola imza atıb.
45 nəfərlik nümayəndə heyəti Gürcüstan çempionatının yüksək liqası çərçivəsində "Dinamo" – "Lokomotiv" görüşünü stadiondan izləyib.
Qeyd edək ki, "Qəbələ" və "Dinamo" arasındakı qarşılıqlı razılığa əsasən, mövsümdə bir dəfə hər klub digərinin iki komandasını bazasında qonaq edir və müştərək toplanış keçir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?