Dünya futbolu
38 yaşlı hücumçu ilə yeni müqavilə
İspaniyanın “Atletik” klubu futbolçusu Aris Aduri…
İspaniyanın “Atletik” klubu futbolçusu Aris Adurisin müqaviləsinin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, Bilbao təmsilçisi 38 yaşlı hücumçuyla müddəti 2020-ci ilin yayına qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2012-ci ildən “Atletik”də forma geyinən Aduris, geridə qalan mövsümdə 23 qarşılaşmada iştirak edərək, 6 qol vurub. İspan hücumçunun əvvəlki müqaviləsi mövsümün sonuna qədər idi.