Ölkə futbolu
“Neftçi”nin Türkiyədəki ilk rəqibi müəyyənləşdi
“Neftçi” PFK-nın Türkiyə təlim-məşq topla…
“Neftçi” PFK-nın Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda iyunun 30-da "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Ukraynanın "Vorskla” (Poltava) klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, "ağ-qaralar” yeni mövsümə hazırlığa iyunun 10-da start verəcək. Hazırlığın ilk mərhələsi ayın 15-dək Bakıda baş tutacaq. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər. Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyənin Topuk yaylası bölgəsində olacaq. "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq komandanın iyunun 20 və 25-də qardaş ölkədə keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri hələ dəqiqləşməyib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir