Dünya futbolu
Milli komandamızın üzvü İngiltərə klubuna transfer olundu
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komand…
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının futbolçusu Serhat Taşdemir İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) çıxış edən "Pitersboro" klubu ilə müqavilə bağlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə "Report"a 19 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. O, "Pitersboro" ilə 3 illik müqavilə bağladığını bildirib.
"Blekbern Rovers" akademiyasının məzunu olan Taşdemir yeni klubuna Milli Liqa (səviyyədə beşinci) komandası "Fayld"dan keçib. Yeniyetmə futbolçu 2018/2019 mövsümündə 27 oyuna 5 qol vurub. "Piterbro" isə mövsümü 46 oyundan 72 xalla 7-ci pillədə başa vurub.
Qeyd edək ki, Serhat Taşdemir ilk dəfə Azərbaycanın U-19 yığmasına bu ilin yanvarında dəvət olunub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?