Dünya futbolu
“Qalatasaray”dan Fatih Terimlə yeni müqavilə – RƏSMİ
Türkiyə çempionu “Qalatasaray” baş məşq&cc…
Türkiyə çempionu “Qalatasaray” baş məşqçisi Fatih Terimlə müqavilənin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, 66 yaşlı təcrübəli mütəxəssislə imzalanan yeni müqaviləyə əsasən o, daha 5 il İstanbul təmsilçisini çalışdıracaq.
Bunu klubun prezidenti Mustafa Çengiz açıqlayıb. O, “Qalatasaray”ın 22-ci Super Liqa çempionluğunun qeyd olunması mərasimində çıxış edərək Terimlə anlaşma barədə məlumat verib. Ardından Terim hər kəsin gözü qarşısında yeni müqaviləyə imza atıb.
Qeyd edək ki, 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə də “sarı-qırmızılar”ı çalışdıran Terim 2017-ci ildə İstanbul nəhənginə qayıdıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?