Dünya futbolu
UEFA "Arsenal"ın Bakıdakı təxribatının qarşısını aldı
“Arsenal”ın oyunçuları Avropa Liqasının finalı…
“Arsenal”ın oyunçuları Avropa Liqasının finalında “Çelsi” ilə matç üçün Bakıya gətirilməyən erməni futbolçu Henrix Mxitaryana dəstək vermək istəyib. Futbolinfo.az “Daily Mail”ə istinadən xəbər verir ki, futbolçular Bakıdakı məşqlərdə üzərində Mxitaryanın adı yazılan formaları geyinməyi planlaşıdırıblar. Lakin UEFA buna izacə verməyib. “Arsenal”a istənilən təxribati hərəkətin qadağan olunduğu bildirilib.
İngilis nəşri “Arsenal”ın Mxitaryanla bağlı bəyanat verməkdən çəkindiyini və futbolçuya dəstək vermək üçün heç bir tədbir görməyəcəyini yazıb.
Xatırladaq ki, Mxitaryan Azərbaycanda bütün zəruri təhlükəsizlik zəmanəti alsa da, “Arsenal” erməni futbolçusunu mayın 29-da Bakı Olmipiya Stadionunda keçiriləcək final oyununa gətirməyib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”