Dünya futbolu
Balayev növbəti dəfə ən yaxşılar arasında
Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balay…
Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanda növbəti dəfə fərqlənib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Qazaxıstan çempionatının 13-cü turu çərçivəsində keçirilmiş “Şaxtyor”la matçda (2:0) “Tobol”un 3 ən yaxşı oyunçusundan biri olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Emil “Şaxtyor”la görüşdə start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Balayev 73-cü dəqiqədə komandasını real qoldan xilas edib. O, rəqib futbolçu Marat Şaxmetovun penalti zərbəsini dəf edib.
“Tobol”un heyətində digər ən yaxşı oyunçular isə Bauırjan Turısbek və Ruslan Valiullin seçilib.
Balayev Tobol”un heyətində ötən turda da ən yaxşı 3 futbolçudan biri seçilmişdi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”