Dünya futbolu
Lempard keçmiş komanda yoldaşından imtina etdi
İngiltərə millisinin sabiq üzvü Eşli Koul formasını ge…
İngiltərə millisinin sabiq üzvü Eşli Koul formasını geyindiyi “Derbi Kaunti” klubundan ayrılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. Koulun müddəti başa çatan müqaviləsi yenilənməyib.
Koulla 2019-cu ilin yanvarında mövsümün sonuna qədər müqavilə imzalanmışdı. 38 yaşlı müdafiəçi Frenk Lempardın rəhbərlik etdiyi “Derbi Kaunti” ilə 12 qarşılaşmada iştirak edib.
Koul və Lempard 2006-2014-cü illər aralığında “Çelsi”də birgə forma geyiniblər. Koul 107 dəfə də İngiltərə millisinin uğurları üçün çalışıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?