Dünya futbolu
Yalançı prezident: Riad Rəfiyev sumqayıtlıları niyə aldatdı?
“Sumqayıt”ın menecer prezidenti Riad Rəfiyev ötən…
“Sumqayıt”ın menecer prezidenti Riad Rəfiyev ötən il, oktyabrın 27-də futbolinfo.az saytına müsahibə vermişdi. O, klubda görəcəyi işlərlə bağlı ağızdolusu danışmış, azarkeşləri ümidləndirmişdi.
Müsahibədən sitatlar:
* Klub üçün yeni, hər şəraiti olan müasir bazanın tikintisi başlanacaq. Minimum 3 mərtəbəli binanın inşaası razılaşdırılıb. Artıq bu mövsümün gedişində işlər başlanacaq. Tribunaların sağındakı qapının, “KapitalBank Arena” yazılan lövhənin arxasında boş ərazimiz var və bazanın burada tikilməsi planlaşdırılır.
* Tikintinin xərclərini əsas sponsorumuz “Azərkimya” üzərinə götürəcək, amma klub da müəyyən yatırım ayıracaq. Klub büdcəsinin bir hissəsi tikintiyə sərf olunacaq. Hardasa yarıbayarı. Hazırda binanın layihəsi üzərində iş gedir, 2019-un ilk yarısında işlərə start veriləcək. Akademiyamız da burada yerləşəcək. 35-40 yataq otağı nəzərdə tutulub və bəzi yetirmələrimizin burada qalması nəzərdə tutulur.
* Əsas komandamız daha otellərdə qalmayacaq, öz bazamızdan istifadə edəcək. Bu da maliyyəyə qənaət etməyimizə imkan yaradacaq.
* Birinci planımız yeni tribunanın inşası ilə bağlıdı. Bu mövsüm işlər başlayıb, hətta baza tikintisi başlayana kimi tribuna yekunlaşacaq. İndi azarkeşlərin əyləşdiyi yerlə üzbəüz əlavə 1500 nəfərlik tribuna quraşdırılacaq, tablonun yeri dəyişdiriləcək. Son turların oyunlarında azarkeşlərimiz ondan istifadə edəcək.
Nəzərinizə çatdıraq ki, 7 ay keçib və hələlik heç bir yenilik yoxdu. Yalnçı prezidentin vəd etdiklərinin heç biri reallaşmayıb. Azarkeşlərin son turlarda istifadə etməli olduğu tribunaların inşasına hətta başlanmayıb da. Rəfiyevin baş milli komandalara məşqçi seçməyə, onlardan agent haqqı “tutmağa” qarışdığından əsas vəzifəsi yadından çıxıb.
İndi də avqustda planları həyata keçirəcəklərini vəd edirlər. Belə bir adama inanmağa dəyərmi?
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?